Müller daha bir klubun HƏDƏFİNDƏ

Müller daha bir klubun HƏDƏFİNDƏ

Hazırda oxunan: Müller daha bir klubun HƏDƏFİNDƏ

246092

Cari mövsümün sonunda "Bavariya"dan ayrılacaq Tomas Müller daha bir klubun transfer hədəfinə çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

35 yaşlı futbolçunu Andres İniesta və Lukas Podolskinin oynadığı "Vissel Kobe" sıralarına qatmağı planlaşdırır.

Lakin Müllerin Yaponiyaya köçməyə razı olmayacağı ehtimal edilir.

Daha əvvəl hücumçu ilə "Los-Anceles Qelaksi"nin maraqlandığı haqda xəbərlər də yayılmışdı.

Qeyd edək ki, Müller 2000-ci ildən "Bavariya" sistemindədir. O, 2008-ci ildə klubun əsas komandasına debüt edib və həmin vaxtdan bəri 747 oyuna çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO