Şəhriyar Məmmədyarovdan növbəti qələbə

Şəhriyar Məmmədyarovdan növbəti qələbə

Hazırda oxunan: Şəhriyar Məmmədyarovdan növbəti qələbə

24606

Ötən gün Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin yeddinci turunun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, Rumıniyada keçirilən turnirin növbəti turunda şahmatçımız Ş.Məmmədyarov daha bir qələbəyə imza atıb.
 

MÖVZU İLƏ BAĞLI:

Məmmədyarov Aronyanı məğlub etdi


Belə ki, ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edən təmsilçimiz liderliyini qoruyub. Teymur Rəcəbov isə ABŞ-ın digər şahmatçısı Uesli So ilə heç-heçə edib.

Qeyd edək ki, Ş.Məmmədyarov 5 xalla turnir cədvəlində birinci yerdədir. T.Rəcəbovun aktivində isə 3,5 xal var.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO