“Abşeron” play-off-un yarımfinalına vəsiqə qazandı - FOTO

“Abşeron” play-off-un yarımfinalına vəsiqə qazandı - FOTO

Hazırda oxunan: “Abşeron” play-off-un yarımfinalına vəsiqə qazandı - FOTO

245955

Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, 3-cü oyunlar çərçivəsində son matç keçirilib.

“Naxçıvan”la “Abşeron” yarımfinala vəsiqə üçün həlledici oyuna çıxıb. Nominal ev sahibləri son dövrəyə 1 xal üstün yollansalar da, qonaqlar vəziyyəti öz xeyirlərinə dəyişə biliblər. "Abşeron" görüşün son dəqiqələrində daha yaxşı oynayaraq, 5 xal fərqi ilə qalib gəlib.

Azərbaycan Basketbol Liqası

Yarımfinal, 3-cü oyun

24 aprel

19:00. “Naxçıvan” – “Abşeron” - 73:78 (9:18, 25:19, 24:20, 15:21)

Bakı İdman Sarayı

Seriyada hesab – 1:1

Qeyd edək ki, bu cütün qalibi yarımfinalda “Neftçi” ilə qarşılaşacaq. Digər cütdə “Sabah”la “Şəki” üz-üzə gələcək.



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO