AVRO-2020: Finlandiya Danimarkaya qalib gəldi

AVRO-2020: Finlandiya Danimarkaya qalib gəldi

Hazırda oxunan: AVRO-2020: Finlandiya Danimarkaya qalib gəldi

24586

Futbol üzrə Avropa çempionatında B qrupunda mübarizəyə start verilib.

Bizim.Media xəbər verir ki, turun açılış oyununda Danimarka və debütant Finlandiya ilə üz-üzə gəlib.

42-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək, yerə yıxılıb. Nəticədə matçda fasilə yaranıb. Ölüm təhlükəsi ilə üz-üzə olan 29 yaşlı yarımmüdafiəçi ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. İki saatlıq fasilədən sonra UEFA Eriksenin səhhətinin qaydasına düşdüyünü bildirərək, "davam" qərarı verib. Görüş qaldığı yerdən davam etdirilib.

Hesab isə 60-cı dəqiqədə açılıb. Yoel Pohyanpalo fərqlənərək, Finlandiya millisinə qələbə qazandırıb.

Qeyd edək ki, B qrupunda ilk turun digər görüşü Belçika və Rusiya yığmaları arasında keçirilir. Hələlik Belçika öndədir - 1:0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO