Cüdoçumuz Avropa çempionatında bürünc medal QAZANDI

Cüdoçumuz Avropa çempionatında bürünc medal QAZANDI

Hazırda oxunan: Cüdoçumuz Avropa çempionatında bürünc medal QAZANDI

245733

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) bürünc medal uğrunda görüşə çıxıb.
 

Təmsilçimiz üçüncü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa ipponla qalib gəlib. Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ilk mükafat olub.


Daha əvvəl isə Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) yarışda mübarizəni dayandırıblar.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparır. Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO