“Beşiktaş” İngiltərə klubunun hücumçusunu transfer etmək istəyir

“Beşiktaş” İngiltərə klubunun hücumçusunu transfer etmək istəyir

Hazırda oxunan: “Beşiktaş” İngiltərə klubunun hücumçusunu transfer etmək istəyir

244904

Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, İstanbul klubunun əsas hədəfi "Sauthempton"da çıxış edən Pol Onuaçudur. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Beşiktaş" nigeriyalı forvard üçün İngiltərə klubu ilə danışıqlara başlamağa hazırlaşır. "Sauthempton"un Premyer Liqanı tərk etməsi "Beşiktaş"ın transfer şanslarını artırır.

Qeyd edək ki, Pol Onuaçı daha əvvəl Türkiyədə icarə əsasında "Trabzonspor"un formasını geyinib.

30 yaşlı hücumçu bu mövsüm "Sauthempton"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO