Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi – NƏTİCƏLƏR

Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi – NƏTİCƏLƏR

Hazırda oxunan: Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi – NƏTİCƏLƏR

244803

Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub. 

Bizim.Media xəbər verir ki, "Mançester Yunayted" "Lion"la üz-üzə gəlib. 
 

İlk görüşdə olduğu kimi 90 dəqiqəsi 2:2 bitən matçda əlavə vaxt oynanılıb. Dramatik keçən əlavə vaxtda "Mançester Yunayted" 5:4 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlməyi bacarıb. 


Yarımfinala adını yazdıran daha 3 klub isə "Bodyo-Qlimt", "Atletik" və "Tottenhem" olub. UEFA Avropa Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

17 aprel

23:00 "Atletik" (İspaniya) - "Reyncers" (Şotlandiya) 1:0 (İlk oyun – 0:0)

Qollar: O.Sançet,45+4(pen)

23:00 "Mançester Yunayted" (İngiltərə) - "Lion" (Fransa) 2:2 (Əlavə vaxt-5:4) (İlk oyun – 2:2)

Qollar: M.Uqarte,10, D.Dalot,45+1, B.Fernandes,114(pen), K.Mainoo,120, H.Maquayr,120+1, - C.Tolisso,71, A.Lakazette,78, 109, R.Çerki,105

Qırmızı vərəqə: C.Tolisso,89 ("Lion")

23:00 "Ayntraxt" (Frankfurt, Almaniya) - "Tottenhem" (İngiltərə) 0:1 (İlk oyun – 1:1)

Qollar: D.Solanke,43(pen)

23:00 "Latsio" (İtaliya) - "Bodyo-Qlimt" (Norveç) 2:0 (Əlavə vaxt:3:1) (Penaltilər seriyası: 2:3) (İlk oyun – 0:2) 

Qollar: T.Kastellanos,21, T.Noslin,90+3, B.Dia,100, - A.Helmersen,109

Qırmızı vərəqə: A.Helmersen,120 ("Bodyo-Qlimt").

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO