Gəncədə rəis müavini bıçaqlandı - VİDEO

Gəncədə rəis müavini bıçaqlandı - VİDEO

Hazırda oxunan: Gəncədə rəis müavini bıçaqlandı - VİDEO

24468

Gəncədə ötən gün bıçaqlanma faktı qeydə alınıb 

ARB TV xəbər verir ki, Gəncə Lokomotiv Deposunun rəis müavini 33 yaşlı Sabit Qasımov bıçaqlanıb.

O, sol budun arxa tərəfinin üçdə bir hissəsinin kəsilmiş deşilmiş yarası ilə Gəncə Dəmiryolu Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətinin normal olduğunu bildirirlər.

Sabit Qasımovun sözlərinə görə, Gəncə Lokomativ Deposunda çilingər işləyən, qonşusu 34 yaşlı Rəşad Allahverdiyev tərəfindən münaqişə zəmnində bıçaqlanıb. Qasımov iş yoldaşlarının köməyi ilə xəstəxanaya gətirilib. 

Sabit Qasımov - zərərçəkən: "İdarəmizin həyətinə daxil olmuşdum. 20 metr idi getmişdim, məni gördü başında papaq qaçdı üstümə. Mənim də əlimdə heç nə yox idi. O, bir ay yarım əvvəl işə gəlməmişdi. Birinci dəfə deyildi, dəfələrlə işə gəlmirdi. Buna akt tərtib elədik ki, niyə işə gəlmirsən? Bu da qapı bir qonşumdu, yaxın münasibətdə olduğum adamdı. Söhbət ondan gedir ki, nəyə görə mənim aktıma qol çəkirsən”.

İlkin məlumata görə, Rəşad Allahverdiyev Sabit Qasımovun qardaşı Cabirlə münaqişə zamanı xəsarət alıb.

Qeyd edək ki, Rəşad Allahverdiyev də ötən gün döyülmə xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Ona alının əzilmiş-cırılmış yarası diqanozu qoyulub. O da ifadəsi zamanı qonşuları tərəfindən hücuma məruz qaldığını bildirib.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO