Çempionlar Liqası: Son yarımfinalçılar “Arsenal” və “İnter” olub – VİDEO

Çempionlar Liqası: Son yarımfinalçılar “Arsenal” və “İnter” olub – VİDEO

Hazırda oxunan: Çempionlar Liqası: Son yarımfinalçılar “Arsenal” və “İnter” olub – VİDEO

244562

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, son iki cavab oyunundan sonra yarımfinalın bütün iştirakçıları bəlli olub.

"İnter" Almaniyada 2:1 hesabı ilə qalib gəldiyi "Bavariya"nı bu dəfə İtaliyada qəbul edib. 2:2 hesablı heç-heçə Milan təmsilçisini növbəti mərhələyə yüksəldib. "İnter" bu raundda İspaniya "Barselona"sına rəqib olub.

Digər matçda isə İngiltərə "Arsenal"ı İspaniyada "Real Madrid"lə qarşılaşıb. Londondakı ilk oyunda rəqibini 3 cavabsız qolla məğlub edən "topçular" səfərdə də qələbə qazanıblar - 2:1. "Arsenal" yarımfinalda Fransanın PSJ komandası ilə üz-üzə gələcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO