"Şamaxı" səfərdə "Sumqayıt"ı məğlub etdi - VİDEO

"Şamaxı" səfərdə "Sumqayıt"ı məğlub etdi - VİDEO

Hazırda oxunan: "Şamaxı" səfərdə "Sumqayıt"ı məğlub etdi - VİDEO

243804

Misli Premyer Liqasının XXX turunda daha bir oyun keçirilib.

Bizim.Media xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qəbələsi ilə yekunlaşıb.

"Gənclik şəhəri" təmsilçisində 9-cu dəqiqədə Roi Kehat fərqlənib. Bölgə klubunda 57-ci dəqiqədə Maykl Tuik, 60-cı dəqiqədə Alfons Msanqa adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Şamaxı" yeddinci pilləyə yüksəlib. 29 xalı olan "Sumqayıt" səkkizinci sıraya düşüb.

Günün ilk matçında "Turan Tovuz" evdə "Sabah"ı məğlub edib - 2:0.

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Səbail"i 4:1 hesabı ilə üstələmişdi. Tura aprelin 13-də yekun vurulacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO