Misli Premyer Liqasında 30-cu tur davam edir.
Bizim.Media xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə 4-cü pillədəki "Turan Tovuz" 5-ci sıradakı "Sabah"ı qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq. Əvvəlki 3 dövrədə bu komandalar arasındakı oyunlarda 1 dəfə "Sabah" qalib gəlib (2:1), 2 dəfə heç-heçə qeydə alınıb (2:2, 1:1).
Günün digər matçında 7-ci yerdəki "Sumqayıt" 8-ci pillədəki "Şamaxı" ilə qarşılaşacaq. Bu görüş isə saat 19:15-də start götürəcək.
Əvvəlki 3 dövrədə bu komandalar arasındakı oyunlarda 1 dəfə "Sumqayıt" qələbə qazanıb (2:1), 2 dəfə isə "Şamaxı" qalib gəlib (1:0, 1:0).
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
12:32 / 12.04.2025
“Turan Tovuz” “Sabah”la, “Sumqayıt” “Şamaxı” ilə QARŞILAŞIR
Hazırda oxunan: “Turan Tovuz” “Sabah”la, “Sumqayıt” “Şamaxı” ilə QARŞILAŞIR
Hazırda oxunan: “Turan Tovuz” “Sabah”la, “Sumqayıt” “Şamaxı” ilə QARŞILAŞIR
243730
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.