Xorvatiyanın “Dinamo” klubu baş məşqçisi Fabio Kannavaronu istefaya göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin rəsmi saytı məlumat yayıb.
51 yaşlı italiyalı mütəxəssisin Zaqrebdə fəaliyyəti cəmi 3,5 ay çəkib.
Xorvatiya çempionatının son turunda "İstra"ya 0:3 hesablı məğlubiyyət klub rəhbərliyinin qərarını qətiləşdirib. Komandaya mövsümün sonun qədər Sandro Petkoviç təhbərlik efəcək.
Komanda Kannavaronun rəhbərliyi altında 14 rəsmi oyunda 7 qələbə qazanıb, iki heç-heçə edib, 5 dəfə məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, “Dinamo” hazırda Xorvatiya çempionatının turnir cədvəlində 46 xalla 3-cü pillədədir və lider "Hayduk"dan 8 xal geri qalır.
Bizim.Media