Misli Premyer Liqasının XXIX turunda "Qarabağ" "Zirə"ni məğlub edib.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda ev sahibləri 1:0 hesablı qələbəyə sevinib.
Yeganə qolu 15-ci dəqiqədə Kadi Korqes vurub.
"Qartallar"ın heyətində 90+9-cu dəqiqədə Qismət Alıyev penalti zərbəsindən yararlana bilməyib.
Ağdam təmsilçisi 70 xalla turnir cədvəlinə başçılıq edir. 55 xala malik "Zirə" ikincidir.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Səbail" doğma meydanda "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb. "Kəpəz" səfərdə "Sabah"a (1:0) qalib gəlib.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:29 / 06.04.2025
"Qarabağ" "Zirə"ni məğlub etdi - VİDEO
Hazırda oxunan: "Qarabağ" "Zirə"ni məğlub etdi - VİDEO
Hazırda oxunan: "Qarabağ" "Zirə"ni məğlub etdi - VİDEO
242723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.