Fransa klubunda qalmaqal: Baş məşqçi futbolçuları məşqə çıxarmaqdan İMTİNA ETDİ

Fransa klubunda qalmaqal: Baş məşqçi futbolçuları məşqə çıxarmaqdan İMTİNA ETDİ

Hazırda oxunan: Fransa klubunda qalmaqal: Baş məşqçi futbolçuları məşqə çıxarmaqdan İMTİNA ETDİ

242616

"Marsel"in baş məşqçisi Roberto De Zerbi ilə futbolçular arasında narazılıq yaşanıb.

Bizim.Media xəbər verir ki, o, Liqa 1-in 27-ci turunda "Reyms"ə 1:3 hesablı məğlubiyyətdən sonra komandaya məşq keçməkdən imtina edib.

İtaliyalı mütəxəssis məşqə gələn futbolçulara deyib: "Bu gün sizə məşq keçməyəcəm".

Futbolçular isə öz cavabında məşq etməyəcəklərini bildiriblər. Bundan sonra "Marsel"in idman direktoru Mehdi Benatia işə qarışıb və klubun onlara yatırdığı maliyyə sərmayəsini doğrultmağa çağırıb.

Əvəzində bəzi futbolçular Benatiadan onun futbolçu kimi çıxış etdiyi "Bavariya" və "Yuventus"da klubdakı kimi uğursuz idarə etmə olduğunu soruşublar.

Qeyd edək ki, "Marsel" Fransa çempionatının son 5 oyununda 4 dəfə uduzub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO