Foden De Brüynenin açıqlamasına REAKSİYA VERDİ

Foden De Brüynenin açıqlamasına REAKSİYA VERDİ

Hazırda oxunan: Foden De Brüynenin açıqlamasına REAKSİYA VERDİ

242589

"Mançester Siti"nin futbolçusu Filip Foden komanda yoldaşı Kevin De Bruynenin hazırkı mövsümün sonunda klubdan ayrılacağını açıqlamasına reaksiya verib.

Bizim.Media xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi bu barədə sosial şəbəkələrində paylaşım edib:

"Gedəcəyinə çox təəssüflənirəm, amma səninlə meydanı paylaşdığım üçün çox minnətdaram.

Sənə aid o qədər gözəl xatirələrim var, həm meydanda, həm də onun xaricində məni ilhamlandırırdın. Gəl bu son ayları birlikdə maksimum effektiv keçirək. Əfsanə!»

Qeyd edək ki, De Bruyne "Mançester Siti"yə 2015-ci ilin yayında "Volfsburq"dan keçib. Belçikalı yarımmüdafiəçi bu müddət ərzində komandanın heyətində 413 oyuna çıxaraq 106 qol vurub və 174 qolun ötürməsini edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO