“Mançester Yunayted” Əmir İbrahimovla müqavilə İMZALADI

“Mançester Yunayted” Əmir İbrahimovla müqavilə İMZALADI

Hazırda oxunan: “Mançester Yunayted” Əmir İbrahimovla müqavilə İMZALADI

242312

"Mançester Yunayted" Əmir İbrahimovla peşəkar müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı yarımmüdafiəçi ilə imzalanan sözləşmənin müddəti barədə məlumat verilməyib.

Dağıstanda anadan olan İbrahimov İngiltərəyə 11 yaşında ailəsi ilə köçüb. O, əvvəlcə "Şeffild"in akademiyasında çıxış edib, 2021-ci ildə isə "Mançester Yunayted"in akademiyasına transfer olunub.

Qeyd edək ki, Əmir İbrahimov bu mövsüm Mançester təmsilçisinin gənclər komandasının heyətində 25 matça çıxaraq 7 qol vurub və 4 qolun ötürməsini edib.

O, həmçinin İngiltərənin U-16 millisində də 2 matça çıxıb və 1 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO