Bu idmançılar Həsən Əzizovu dörd yaşlı uşağının gözü önündə döyüblər - ŞOK TƏFƏRRÜAT

Bu idmançılar Həsən Əzizovu dörd yaşlı uşağının gözü önündə döyüblər - ŞOK TƏFƏRRÜAT

Hazırda oxunan: Bu idmançılar Həsən Əzizovu dörd yaşlı uşağının gözü önündə döyüblər - ŞOK TƏFƏRRÜAT

242284

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov idmançı Həsən Əzizovu döyməsinin yeni təfərrüatı məlum olub.

 

Sfera.az-ın məlumatına görə, hadisə “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi şou mərasimi zamanı baş verib.

 

Belə ki, bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu dörd yaşlı uşağının gözü önündə döyüblər.
Daha sonra onu paltardəyişmə otağına apararaq idman karyerasını sonlandırmaq üçün şəxsiyyətini alçatmaq istəyiblər. Əsas səbəb H.Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz vəziyyətdə olan H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər.

 

Bu əmələ görə cinayəti törədənlərdən dörd nəfər həbs edilib, iki nəfər barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. (Lent.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO