"Barselona" futbolçularının qeydiyyatı ilə bağlı YEKUN QƏRAR

"Barselona" futbolçularının qeydiyyatı ilə bağlı YEKUN QƏRAR

Hazırda oxunan: "Barselona" futbolçularının qeydiyyatı ilə bağlı YEKUN QƏRAR

242274

İspaniyanın Ali İdman Şurası (CSD) "Barselona"nın futbolçuları Dani Olmo və Pau Viktorun qeydiyyatı ilə bağlı yekun qərarını verib.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Daha öncə La Liqa sözügedən oyunçuların qeydiyyatının qeyri-qanuni olduğunu bildirmişdi və onları qeydiyyatdan çıxarılmasını tələb etmişdi. Lakin CSD Olmo və Viktorun mövsümün sonuna qədər qeydiyyatda olacağına qərar verib.

Xatırladaq ki, daha öncə La Liqa və İspaniya Kral Futbol Federasiyası (RFEF) maliyyə pozuntuları səbəbi ilə "Barselona"nın futbolçuları Dani Olmo və Pau Viktoru qeydiyyatdan keçirməyə imtina etmişdilər. Lakin Kataloniya klubu bu qərara görə İspaniyanın Ali İdman Şurasına (CSD) apelyasiya verib. Qurum isə katalonların heç bir pozuntusunun olmadığına qərar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO