“Şamaxı” klubunun qapıçısı Rikardo Fernandeş xarici klubların maraq dairəsinə düşüb.
Bizim.Media xəbər verir ki, konkret olaraq Kiprin “Karmiotiss” klubu qolkiperi heyətinə qatmaq istəyir. Hətta ada klubu yay transfer dövründə portuqaliyalı qolkiperin transferini prioritet olaraq görür.
Qeyd edək ki, “Şamaxı” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Fernandeşə “Turan Tovuz” da maraq göstərir. “Şamaxı” isə gələn təkliflərə baxmayaraq futbolçunu buraxmaq fikrində deyil. Bölgə təmsilçisi onunla müqaviləni uzatmaq məqsədi ilə artıq danışıqlara başlayıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:30 / 02.04.2025
“Şamaxı”nın qapıçısı Kipr klubunun DİQQƏT MƏRKƏZİNDƏ
Hazırda oxunan: “Şamaxı”nın qapıçısı Kipr klubunun DİQQƏT MƏRKƏZİNDƏ
Hazırda oxunan: “Şamaxı”nın qapıçısı Kipr klubunun DİQQƏT MƏRKƏZİNDƏ
242057
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.