"Barselona" futbolçusu Jül Kundeni əvəz edə biləcək oyunçu axtarışındadır.
Bizim.Media xəbər verir ki, bu barədə sport.es saytı məlumat yayıb.
Kataloniya klubunun skautları sağ cinah müdafiə mövqeyinə dörd namizədi nəzərdən keçirir.
Bunlar 23 yaşlı Vanderson ("Monako"), 21 yaşlı Mark Pubilya ("Almeriya"), 24 yaşlı Jeremi Frimponq (Leverkuzen "Bayer"i) və 18 yaşlı Civayro Rida ("Feyenord").
Qeyd olunur ki, "Barselona" üçün ən əlverişli variant Frimponqdur. Lakin Leverkuzen təmsilçisi onun üçün "Barselona"nın ödəyə biləcəyindən daha yüksək məbləğ tələb edəcək.
Buna baxmayaraq, İspaniya nəhəngi mövcud olan futbolçularını sataraq 24 yaşlı cinah müdafiəçisini transfer edə bilər.
Bizim.Media