Yevlaxda futbol obyektlərinə baxış keçirilib.
Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli assosiasiyanın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev Yevlax şəhər stadionu, stadionun ərazisində tikilmiş baza, həmçinin “Karvan” klubunun əvvəlki bazası, məşq meydançaları ilə tanış olublar.
“Karvan” klubunun nümayəndələri stadionun durumu, eləcə də bazada görülən işlər barədə onlara məlumat veriblər. Qeyd edək ki, Yevlax şəhər stadionunun ərazisində tikilən iki mərtəbədən ibarət yeni bazada 29 otaq mövcuddur. Bundan başqa, bazada inzibati otaqlar, konfrans və trenajor zalı var.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:30 / 29.03.2025
AFFA rəsmiləri Yevlax stadionu ilə tanış olub – FOTOLAR
Hazırda oxunan: AFFA rəsmiləri Yevlax stadionu ilə tanış olub – FOTOLAR
Hazırda oxunan: AFFA rəsmiləri Yevlax stadionu ilə tanış olub – FOTOLAR
241472
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.