Braziliya millisinin baş məşqçisi istefaya göndərildi

Braziliya millisinin baş məşqçisi istefaya göndərildi

Hazırda oxunan: Braziliya millisinin baş məşqçisi istefaya göndərildi

241387

Braziliya yığması baş məşqçi Dorival Juniorla yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin UOL nəşri məlumat yayıb.

Braziliya Futbol Konfederasiyasının (CBF) 62 yaşlı mütəxəssisi istefaya göndərdiyini yazıb.

Qurum DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 1:4 hesablı məğlubiyyətdən sonra bu qərarı çıxarıb. Braziliyalılar Cənubi Amerika seçmə zonasında 14 turdan sonra 21 xalla 4-cü pillədə qərarlaşıblar.

Ötən ilin yanvarından "sambaçılar"a başçılıq edən Dorival komandanı 16 oyunda meydana çıxarıb. Bu görüşlərdə Braziliya millisi 7 qələbə qazanıb, 7 dəfə heç-heçə oynayıb, iki dəfə uduzub. "Pentakampeonlar" ötən il Amerika kubokunun 1/4 finalında mübarizəni dayandırıblar.

Qeyd edək ki, Braziliya millisinin baş məşqçisi vəzifəsinə əsas namizəd kimi Karlo Ançelotti və Jorje Jezuş kimi mütəxəssislərin adları çəkilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO