Kadi “Turan-Tovuz”un qapıçısından üzr istəyib

Kadi “Turan-Tovuz”un qapıçısından üzr istəyib

Hazırda oxunan: Kadi “Turan-Tovuz”un qapıçısından üzr istəyib

241384

Premyer Liqanın 28-ci turunda “Qarabağ”a qarşı keçirilən oyunda (1:4) “Turan Tovuz”un qapıçısı İvan Konovalovla Kadi Borges arasında mübahisə yaşanıb.

Bizim.Media “Qafqazinfo”ya istinadla xəbər verir ki, oyundan sonra jurnalistlərə açıqlamasında rusiyalı qolkiper bu barədə geniş danışmaq istəmədiyini söyləyib.

“Kadi penaltidən hesabı açdıqdan sonra sizə nə dedi ki, insident yaşandı?” sualına cavabında Konovalov deyib: “Bu, ikimiz arasında olan məsələdir. O, daha sonra hərəkətinə görə üzr istədi.

Odur ki, bu məsələni müzakirə etməyə dəyməz. O dedi, mən dedim, daha sonra yaxınlaşdı və sözlərinə görə üzrxahlıq etdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO