Elvin Cəfərquliyev milli komandadan UZAQLAŞDIRILDI

Elvin Cəfərquliyev milli komandadan UZAQLAŞDIRILDI

Hazırda oxunan: Elvin Cəfərquliyev milli komandadan UZAQLAŞDIRILDI

240734

Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev düşərgədən kənarlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Offsideplus.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Onun sözlərinə görə, buna futbolçunun dünən Haiti yığmasına qarşı oyunda qırmızı vərəqə alması səbəb olub:

"Haiti ilə beynəlxalq yoldaşlıq görüşü FIFA-nın təqvimi əsasında keçirildiyindən, bu oyunda rəsmi matçlarda tətbiq olunan qaydalar keçərli idi. Bu səbəbdən Elvin Cəfərquliyev növbəti yoldaşlıq oyununda forma geyinə bilməz. O, dünənki qarşılaşmadan sonra milli komandanın düşərgəsindən yola salınıb".

Xatırladaq ki, E.Cəfərquliyev Azərbaycan - Haiti matçının (0:3) 85-ci dəqiqəsində meydançadan qovulub. Müdafiəçi görüşün türk baş hakimi ilə mübahisəyə girişərək, sarı vərəqə alıb. Buna görə referini ironik alqışlayan Elvin dərhal qarşısında ikinci "sarı"nı görüb və avtomatik qırmızı vərəqə ilə paltardəyişmə otağına göndərilib.

Yığmamız növbəti oyununu martın 25-də saat 21:45-də Belarusa qarşı keçirəcək. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO