“Qalatasaray”ın hücumçusuna “Zirə”nin forması hədiyyə edildi - FOTO

“Qalatasaray”ın hücumçusuna “Zirə”nin forması hədiyyə edildi - FOTO

Hazırda oxunan: “Qalatasaray”ın hücumçusuna “Zirə”nin forması hədiyyə edildi - FOTO

240530

Dünya çempioatının Afrika qitəsi üzrə seçmə mərhələsi çərçivəsində Nigeriya millisi səfərdə Ruanda millisi ilə üz-üzə gəlib.

Bizim.Media xəbər verir ki, "Zirə"nin futbolçusu Anje Mutsinzinin də çıxış etdiyi Ruanda yığması 0:2 hesablı məğlubiyyətə uğrayıb. Oyundan sonra Mutsinzi Nigeriya millisinin hücumçusu Viktor Osimhenə "Zirə" forması hədiyyə edib. Qarşılığında isə Osimhen "Qalatasaray" formasını ona verib.

Qeyd edək ki, 5 turdan sonra C qrupunda Ruanda millisi 7 xalla 3-cü, Nigeriya isə 6 xalla 4-cü pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO