Millini tərk edib "Barselona"ya QAYITDI

Millini tərk edib "Barselona"ya QAYITDI

Hazırda oxunan: Millini tərk edib "Barselona"ya QAYITDI

240463

İspaniya millisinin futbolçusu Pau Kubarsi yığmanın düşərgəsini tərk edib.

Bizim.Media xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.

18 yaşlı müdafiəçini millinin heyətində "Latsio"nun oyunçusu Mario Gila əvəz edəcək.

Açıqlamada bildirilir: "İspaniya Kral Futbol Federasiyasının tibbi müayinəsindən sonra qərar verildi ki, futbolçu Niderlandla matçı bitirməyə mane olan sağ ayağ biləyinin zədəsini bərpa etmək üçün öz klubu "Barselona"ya qayıtsın".

Qeyd edək ki, Pau Kubarsi dünən keçirilən Niderland - İspaniya matçında (2:2) zədələnib və 41-ci dəqiqədə əvəzlənib. Daha öncə mətbuatda yayılan xəbərlərə görə, "Barselona" həmən müdafiəçisinin kluba qayıtmasını istəyib, lakin RFEF martın 23-ü keçiriləcək cavab matçına qədər oyunçunu millinin düşərgəsində saxlamaq niyyətinə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO