Mbappe futbolu tərk etməyi barədə düşünüb?

Mbappe futbolu tərk etməyi barədə düşünüb?

Hazırda oxunan: Mbappe futbolu tərk etməyi barədə düşünüb?

240037

"Real"ın futbolçusu Kilian Mbappe mövsümün əvvəlində uyğunlaşmaqda problem yaşadığı zaman futbolu tərk etməyi düşünüb-düşünmədiyi sualına cavab verib.

Bizim.Media xəbər verir ki, o, bu barədə "La Parisien" nəşrinə açıqlamasında deyib: 

"Yox, heç vaxt, heç vaxt və heç vaxt. Elə bir futbolçu tanımıram ki, nə qədər keyfiyyətli olsa da, karyerası rahat keçsin.
 

Çətin dövr hər bir futbolçuda ola bilər. Bu cür məqamlarda fokuslanmalısan və öz üzərində çalışmalısan. Bu da mənimlə oldu. Mən öz oyun formamı hər kəsin düşündüyündən daha tez qaytardım. İndi davam etmək lazımdır. Çünki yamaca qalxmaq asandır, amma zirvədə qalmaq ən çətinidir". 


Qeyd edək ki, Kilian Mbappe bu mövsüm "Real"ın heyətində 43 oyuna çıxaraq 30 qol vurub və 4 qolun ötürməsini edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO