“Turan Tovuz” klubu mövsümün sonunda legionerlərindən biri ilə yollaerını ayıracaq.
Bizim.Media xəbər verir ki, söhbət iranlı müdafiəçi Araş Qaderidən gedir.
O, məşqçilərin ümidlərini doğrultmadığı üçün yola salınacaq.
Qeyd edək ki, Qaderi mövsümün əvvəlində “Turan Tovuz”a cəlb olunmuş və onunla 1+1 illik müqavilə imzalanmışdı. Futbolçu İranın “Zob Ahan” klubundan transfer edilmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media