“Sumqayıt” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sumqayıt” “Turan Tovuz”u məğlub etdi - VİDEO

Hazırda oxunan: “Sumqayıt” “Turan Tovuz”u məğlub etdi - VİDEO

239631

Azərbaycan Premyer Liqasının XXVII turun son matçında “Sumqayıt” “Turan Tovuz”u məğlub edib.

Bizim.Media xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş Sumqayıt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tovuz klubunun heyətində 8-ci dəqiqədə Ayxan Hüseynov fərqlənib. “Sumqayıt”ın qollarını Ayxan Süleymanlı (18) və Bobur Abdixolikov (64) vurub.

Bu nəticədən sonra “Sumqayıt” 28 xalla 7-ci yerdə qərarlaşıb. 43 xala malik “Turan Tovuz” isə dördüncüdür.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" (1:1), "Kəpəz" "Qarabağ" (0:0), “Sabah” isə “Zirə” (1:1) ilə heç-heçəyə razılaşıb. "Neftçi" "Səbail" üzərində qələbə qazanıb - 2:1.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO