UEFA Alvaresin sayılmayan penaltisi ilə bağlı açıqlama verdi

UEFA Alvaresin sayılmayan penaltisi ilə bağlı açıqlama verdi

Hazırda oxunan: UEFA Alvaresin sayılmayan penaltisi ilə bağlı açıqlama verdi

239184

UEFA ÇL-in 1/8 finalında keçirilən "Atletiko" - "Real" matçı ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, sözügedən matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Lakin ilk görüşdə "Real" 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxt oynanılıb. Bu zaman komandalar fərqlənə bilməyiblər. Penaltilər seriyasında isə "kral klubu" üstün olaraq mərhələ adlayıb - 4:2.

Penalti zərbələrində "Atletiko"nun futbolçusu Xulian Alvares dəqiq fərqlənsə də, onun qolu sayılmayıb. Buna səbəb futbolçunun topa iki dəfə toxunması olub. UEFA isə bununla bağlı bildirib:

"Madrid "Atletiko"su dünən Çempionlar Liqasında "Real"la matçın sonunda futbolçusu Xulian Alvaresin penalti zərbəsindən vurulan qolun ləğvi ilə bağlı UEFA-ya müraciət edib. Təmas minimal olsa da, əlavə edilmiş videoklipdə göstərildiyi kimi, oyunçu topu vurmazdan əvvəl ikinci ayağı ilə topa toxundu. Mövcud qaydaya (Oyun Qanunları, Qanun 14.1) görə, VAR hakimə qolun ləğv olunması barədə məlumat verməli idi. UEFA FİFA və IFAB ilə penalti zərbəsində topa iki dəfə toxunuşun təsadüfi olduğu hallarda qaydaya yenidən baxılıb-baxılmaması lazım olduğunu müəyyən etmək üçün müzakirələrə başlayacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO