Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, bu gün qadın güləşində ilk medalçılar müəyyənləşib.
Azərbaycan təmsilçilərindən Günay Qurbanova (59 kq) finalda italiyalı Aurora Russoyla qarşılaşıb.
U-20 Avropa və dünya çempionu olan rəqib güləşçiylə görüşə inamlı başlayan Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib. İkinci hissədə 4:0 hesabı dəyişməyib və 17 yaşlı Günay debüt etdiyi U-23 Avropa çempionatının qalibi olub.
Əsmər Cankurtaran (50 kq) isə türkiyəli Songül Kavaka 9:3 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.
Bizim.Media