Boksçumuz dünya çempionatına qələbə ilə BAŞLADI

Boksçumuz dünya çempionatına qələbə ilə BAŞLADI

Hazırda oxunan: Boksçumuz dünya çempionatına qələbə ilə BAŞLADI

238536

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatına start verilib. 

Bizim.Media xəbər verir ki, mundailın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb. 
 

50 kq-da mübarizə aparan Marjona Savriyeva debütdə Mihaela Badesku (Rumıniya) ilə döyüşüb. Rəqib ikinci raundda zədələndiyindən həkimlər görüşün davamına icazə verməyiblər. İlk raundu xeyrinə bitirən Savriyeva mərhələ adlayıb. 


O, 1/8 finalda ilk mərhələdən azad olan bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək. Döyüş martın 11-də baş tutacaq.

Qeyd edək ki, mundialın ikinci günündə millimizin 2 boksçusu gücünü yoxlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO