Bu gün "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i qəbul edəcək

Bu gün "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i qəbul edəcək

Hazırda oxunan: Bu gün "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i qəbul edəcək

238392

Bu gün Misli Premyer Liqasının XXVI turunda daha iki oyun keçiriləcək.

Bizim.Media xəbər verir ki, ilk olaraq "Şamaxı" "Sabah"ı qəbul edəcək.

Matç saat 15:00-da start götürəcək. Meydan sahibləri 24 xalla 7-ci, qonaqlar 34 xalla beşinci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə isə "Zirə" "Səbail"i sınağa çəkəcək. Qarşılaşma saat 17:30-da başlayacaq. "Qartallar" 48 xalla ikinci, "dənizçilər" 18 xalla sonuncu - 10-cu sıradadır.

Misli Premyer Liqası

III dövrə, XXVI tur

9 mart

15:00. “Şamaxı” – “Sabah”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Rauf Allahverdiyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: İmanxan Sultani.

Şamaxı şəhər stadionu

17:30. “Zirə” – “Səbail”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov

VAR: Rəşad Əhmədov

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Ceyhun Haşımov

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO