Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya kubokunun qalibi olub.
Bizim.Media xəbər verir ki, o, finalda halqalarla hərəkətdə uğurla çıxış edib. Təsnifat mərhələsində birinci yeri tutan Avropa çempionatının gümüş mükafatçısı finalda da ən yüksək xalı toplayıb.
O, 14,233 xalla çempion titulunu qazanıb.
Bu, Simonovun cari mövsümdə ikinci mükafatıdır. Bundan əvvəl o, Almaniyanın Kottbus şəhərində keçirilən Dünya kubokunda gümüş medal qazanıb.
Bakıdakı Dünya kubokunda halqalarla hərəkətlərdə digər mükafatçılara gəlincə, Jivey Menq (Çin) gümüş, Aleksandr Diab (ABŞ) isə bürünc medala sahib olublar.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
16:36 / 08.03.2025
Gimnastımız Dünya Kubokunun QALİBİ OLDU
Hazırda oxunan: Gimnastımız Dünya Kubokunun QALİBİ OLDU
Hazırda oxunan: Gimnastımız Dünya Kubokunun QALİBİ OLDU
238327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.