"Bu gün alınmadı" - Azərbaycan millisinin baş məşqçisi

Hazırda oxunan: "Bu gün alınmadı" - Azərbaycan millisinin baş məşqçisi

23779

"Səfərdə 3 yoldaşlıq matçı keçirdik. İkisində uduzub, birində qalib gəldik".

Bizim.Media xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Moldova yığmasına 0:1 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan futbolçuları Moldovaya uduzdu - YENİLƏNİB


İtaliyalı mütəxəssis bildirib ki, görüşün əvvəlində buraxılan qol planları pozub: "Standart vəziyyətdən qol buraxdıq. Amma sonadək mübarizə apardıq. Futbolçularımız yorğun idi. Gücümüz az qalmışdı. Bu matçdan çox şey öyrənə bilərik. Bizim üçün yaxşı təcrübə oldu".

65 yaşlı baş məşqçi Belarusa qarşı yoldaşlıq görüşü ilə bugünkü qarşılaşmanı müqayisə edib:

"Belarusla matçda 6 dəyişiklik etdik. Ondan sonra oyunun keyfiyyəti qalxdı. Bu gün isə alınmadı, nəticə qazana bilmədik. Halbuki kifayət qədə epizodlarımız oldu. Keyfiyyət çatmadı. Düşünürəm ki, daha çox inkişaf etməliyik".

De Byazi oyunun sonlarında zədələnən Bədavi Hüseynovun durumuna da toxunub: "Dizində zədəsi var. Amma dəqiq bilinmir. Bir az da gözləməliyik". (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO