Misli Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə əvvəlcə “Turan Tovuz” avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən olan “Zirə”ni qəbul edib.
Oyun qonaqların inamlı qələbəsiylə yekunlaşıb. Digər oyun isə “Sabah”la “Araz-Naxçıvan” arasında keçiriləcək. Daha öncə “Səbail” evdə “Şamaxı”ya, “Sumqayıt” isə “Qarabağ”a oxşar hesabla (0:2) məğlub olub. “Kəpəz” – “Neftçi” matçı sabah keçiriləcək.
Misli Premyer Liqası
25-ci tur
4 mart
“Turan Tovuz” – “Zirə” 0:2
Qollar: Qismət Alıyev, 5-pen. İssa Cibrilla, 56.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Tovuz şəhər stadionu, 17:30.
Turan Tovuz: 1. İvan Konovalov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 6. Araş Qaderi, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 90. Joarlem Santos, 40. Kauan Martins, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdıyev.
Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 5. Stefan Akka, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
19:58 / 04.03.2025
“Zirə” “Turan Tovuz”a qalib gəldi - VİDEO
Hazırda oxunan: “Zirə” “Turan Tovuz”a qalib gəldi - VİDEO
Hazırda oxunan: “Zirə” “Turan Tovuz”a qalib gəldi - VİDEO
237684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.