Bu dəqiqələrdə “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürüb.
Bizim.Media xəbər verir ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib.
Pandemiya ilə bağlı olaraq tamaşaçısız təşkil olunan yarışda əvvəlcə pilotların təqdimatı olub. Daha sonra himn mərasiminə start verilib. Mərasimdə Azərbaycan Dövlət Himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjemanında Vətən Müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndirilib.
MÖVZU İLƏ BAĞLI:
“Formula-2”-nin qalibi məlum oldu - FOTO
İfaçılar xalq və klassik üslublarına aid geyimdə olublar. Onlar Bakıda keçirilən beşinci “Formula-1” yarışını simvolizə edən və barış işarəsini əks etdirən “V” şəklində dayanıblar.
Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanıb. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanıb. Bu zaman Azərbaycan Dövlət Bayrağını tutan müxtəlif millətlərin nümayəndələri milli geyimimizdə trek üzərində dayanıb.
Bizim.Media