Mourinyonun cəzası BƏLLİ OLDU

Mourinyonun cəzası BƏLLİ OLDU

Hazırda oxunan: Mourinyonun cəzası BƏLLİ OLDU

236953

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə çempionatının 25-ci turunda "Qalatasaray"la oyundan (0:0) sonra verdiyi açıqlamaya görə cəzalandırılıb.

Bizim.Media xəbər verir ki, 62 yaşlı mütəxəssis irqçiliklə bağlı ifadəsinə görə 2, dördüncü hakimə qarşı təhqiramiz ifadəsinə görə isə daha 2 oyunluq cəza alıb.

Beləliklə, o, "Fənərbaxça"nın "Antalyaspor", "Samsunspor", "Bodrumspor"la olan oyunlarını buraxmalı olacaq.

Qeyd edək ki, bu gün keçirilən "Qaziantep"lə (1:4) kubok matçında təlimata əsasən oyunu özü üçün ayrılan lojada izləyən portuqaliyalı baş məşqçi cəzasının 1-ni geridə qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO