Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Nürnberq”dəki (Almaniya) gələcək karyerasına aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, tezliklə Cənubi Koreyanın “Seul” komandasına keçəcəyi iddia olunan 28 yaşlı futbolçu bu xəbərlərə özünün İnstaqram səhifəsindəki paylaşımında münasibət bildirib.
M.Emreli “Nürnberq”də qalacağını qeyd edib:
“Nürnberq” mənim özümü xoşbəxt gördüyüm yerdir və mən gələcək işlərimi yaxşı görmək üçün motivasiyalıyam”.
M.Emreli tam olaraq növbəti matça - “Hannover”lə oyuna kökləndiyi də vurğulayıb.
Qeyd edək ki, M.Emreli komandasının son 2 oyununda iştirak etməyib. Almaniya mətbuatı onun “Seul” klubuna keçə biləcəyinə dair məlumat yaymışdı.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:29 / 28.02.2025
Emreli “Nürnberq”dən gedib-getməyəcəyini AÇIQLADI
Hazırda oxunan: Emreli “Nürnberq”dən gedib-getməyəcəyini AÇIQLADI
Hazırda oxunan: Emreli “Nürnberq”dən gedib-getməyəcəyini AÇIQLADI
236938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.