"Real" "Liverpul"un futbolçusu Trent Aleksander-Arnoldla şifahi razılıq əldə edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Cadena Ser" nəşri məlumat yayıb.
Madrid klubu 26 yaşlı sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalayacaq. İspaniya klubunda bu transferi artıq başa çatmış hesab edirlər.
Bildirilir ki, İngiltərə millisinin üzvü "Liverpul"la bu mövsümün sonunda bitən müqaviləni uzatmaqdan imtina edib.
Qeyd edək ki, Trent Aleksander-Arnold bu mövsüm İngiltərə təmsilçisinin heyətində 35 matça çıxaraq 3 qol vurub və 7 qolun ötürməsini edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:29 / 26.02.2025
"Real" onunla razılıq ƏLDƏ ETDİ
Hazırda oxunan: "Real" onunla razılıq ƏLDƏ ETDİ
Hazırda oxunan: "Real" onunla razılıq ƏLDƏ ETDİ
236570
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.