"Zirə” "Kəpəz"ə qalib gəlib 2-ci pilləyə YÜKSƏLDİ - VİDEO

"Zirə” "Kəpəz"ə qalib gəlib 2-ci pilləyə YÜKSƏLDİ - VİDEO

Hazırda oxunan: "Zirə” "Kəpəz"ə qalib gəlib 2-ci pilləyə YÜKSƏLDİ - VİDEO

236356

Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, 4-cü oyun günündə ötən gün qarlı hava şəraiti səbəbindən təxirə salınan "Zirə" - "Kəpəz" matçı keçirilib.

Əvvəlcə oyunun saat 16:00-da başlaması nəzərdə tutulsa da, Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb. Amma hazırlıq prosesi tam yekunlaşmadığına görə matçın start fiti saat 19:00-da verilib. Görüş "Zirə"nin qələbəsi ilə başa çatıb - 2:0. Rəşad Sadıqovun komandası bu qələbə ilə xallarını 45-ə çatdırıb və 2-ci pilləyə yüksəlib. "Araz-Naxçıvan" eyni xalla 3-cüdür.

24 fevral (bazar ertəsi)

18:00. “Zirə”– “Kəpəz” - 2:0
Qol: Rafael Utsiq, 62, Rüstəm Əhmədzadə, 90+3
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Zirə İdman Kompleksinin stadionu







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO