"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Erlinq Haalandın Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Real"a qarşı oynamamasının səbəbini açıqlayıb.
Bizim.Media "Manchester Evening News"a istinadən xəbər verir ki, mütəxəssis deyib:
"Matçdan öncə Erlinq məşq etməyə çalışırdı, lakin o, "Nyukasl"la matçda zədələnmişdi. Hesab edirəm ki, çəkilən şəkillər onun yaxşı halda olduğunu göstərir, amma o, gəzərkən və pilləkəndən düşərkən ağrıyırdı. Oyundan əvvəl mənə dedi ki, özünü pis hiss edir və hazır deyil".
Qeyd edək ki, Erlinq Haaland İngiltərə Premyer Liqasının 25-ci turunda "şəhərlilər"in "Nyukasl"la matçının (4:0) 88-ci dəqiqəsində dizdən zədələnərək əvəz olunmuşdu.
Bizim.Media

- A-
- A
- A+
İdman
03:42 / 21.02.2025
Haaland "Real"la matçda niyə oynamadı?
Hazırda oxunan: Haaland "Real"la matçda niyə oynamadı?
Hazırda oxunan: Haaland "Real"la matçda niyə oynamadı?
235772
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.