"Barselona" "Betis"də icarədə olan futbolçusu Vitor Rokeni satmaq istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Kataloniya klubu 19 yaşlı hücumçunu Braziliyanın "Palmeyras"ına satmaq niyyətindədir. Lakin bunun üçün "Betis" də "yaşıl işıq" verməlidir. Hazırda danışıqlar davam edir.
Qeyd edək ki, 2024-cü ilin yayında icarə əsasında "Betis"ə keçən Vitor Roke bu müddət ərzində 31 oyuna çıxaraq 7 qol vurub və 2 qolun ötürməsini edib. O, "Barselona"ya ötən ilin yanvarında "Atletiko Paranaense"dən transfer olunub.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:27 / 20.02.2025
"Barselona" Rokeni SATMAQ İSTƏYİR
Hazırda oxunan: "Barselona" Rokeni SATMAQ İSTƏYİR
Hazırda oxunan: "Barselona" Rokeni SATMAQ İSTƏYİR
235732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.