Çempionlar Liqası: 1/8 finala yüksələcək daha dörd komanda bəlli olacaq

Çempionlar Liqası: 1/8 finala yüksələcək daha dörd komanda bəlli olacaq

Hazırda oxunan: Çempionlar Liqası: 1/8 finala yüksələcək daha dörd komanda bəlli olacaq

235263

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçlarına dörd oyunla start veriləcək.

Bizim.Media xəbər verir ki, "Milan" doğma meydanda "Feyenoord"u Bakı vaxtı ilə saat 21:45-də qəbul edəcək.

"Atalanta" klubu "Brügge" ilə, "Bavariya" klubu "Seltik"lə, "Benfika" isə "Monako" ilə Bakı vaxtı ilə gecəyarısı üz-üzə gələcək.

Qeyd edək ki, səkkizdəbir final mərhələsinə yüksələcək son komandaların adına fevralın 19 və 20-də keçiriləcək görüşlərdən sonra aydınlıq gətiriləcək.

Xatırladaq ki, liqa mərhələsindən sonra "Liverpul", "Arsenal", "Aston Villa" (hamısı İngiltərə), "İnter" (İtaliya), "Barselona", "Atletiko Madrid" (hər ikisi İspaniya), "Bayer Leverkuzen" (Almaniya) və "Lill" (Fransa) birbaşa 1/8 finala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

18 fevral

Saat 21:45, "Milan" - "Feyenoord" .

19 fevral

Saat 00:00, "Atalanta" - "Brügge";

Saat 00:00, "Bavariya" - "Seltik";

Saat 00:00, "Benfika" - "Monako".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO