“Qarabağ”ın legioneri ölkəsinə qayıdır?

“Qarabağ”ın legioneri ölkəsinə qayıdır?

Hazırda oxunan: “Qarabağ”ın legioneri ölkəsinə qayıdır?

235221

“Qarabağ”ın hücumçusu Redon Cica Albaniyaya mümkün qayıdışından danışıb.

Bizim.Media xəbər verir ki, ölkəsinin “Ora News” nəşrinə danışan forvard məsələ haqda bunları deyib:

“Məxsus olduğunuz komandada kifayət qədər oyun dəqiqəniz yoxdursa, böyük komandaya keçməyiniz çətindir. Görək də, hər şey necə olacaq. "Tirana", yoxsa "Laçi"? Heç kim mənim Laçidən olduğumu bilmir. Albaniyada sevdiyim iki komanda var və onların mümkün qədər yüksəklərə qalxmasını istəyirəm”.

26 yaşlı hücumçu 2023-cü il yanvarın 24-də “Qarabağ”a keçib. O, 2026-cı il iyunun 30-na qədər komandaya məxsusdur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO