Misli Premyer Liqasının XXIII turundakı "Neftçi" - "Qarabağ" oyunu başa çatıb.
Bizim.Media xəbər verir ki, "Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
88-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. "Köhlən atlar"ın heyətində Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Ağdam təmsilçisi hazırda 56 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.
Günün ilk matçında "Turan Tovuz" evdə "Araz-Naxçıvan"dan üstün olub - 1:0.
Ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.
Bizim.Media