"Barselona" "Nyukasl"ın futbolçusu Aleksander İsakla maraqlanır.
Bizim.Media xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Kataloniya klubunun idman direktoru Deku isveçli hücumçu ilə Robert Levandovskini əvəzləmək istəyir. Lakin bu transferin reallaşması üçün polşalı hücumçu klubu tərk etməlidir.
Bildirilir ki, "Barselona" İsakla 2020-ci ildə maraqlanmağa başlayıb. O zaman 25 yaşlı futbolçu "Real Sosyedad"da çıxış edirdi. Lakin həmin dövrdə katalonların maliyyə sıxıntıları olduğuna görə transfer reallaşmadı.
Qeyd edək ki, Aleksander İsak bu mövsüm "Nyukasl"ın heyətində 28 matça çıxaraq 19 qol vurub və 5 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Bizim.Media
!["Barselona"nın növbəti transfer hədəfi "Barselona"nın növbəti transfer hədəfi](https://bizim.media/file/articles/2025/02/15/1739648608_5298624973696528448.jpg)
- A-
- A
- A+
İdman
06:15 / 16.02.2025
"Barselona"nın növbəti transfer hədəfi
Hazırda oxunan: "Barselona"nın növbəti transfer hədəfi
Hazırda oxunan: "Barselona"nın növbəti transfer hədəfi
234952
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.