"Real" yeni hakimlik sistemi təklif edəcək

"Real" yeni hakimlik sistemi təklif edəcək

Hazırda oxunan: "Real" yeni hakimlik sistemi təklif edəcək

234808

"Real" İspaniya Kral Futbol Federasiyasına yeni hakimlik sistemi təklif edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Madrid klubunun təqdim edəcəyi planda şəffaflığa üstünlük veriləcək. Bununla əlaqədər əsas təklif VAR otağında olan danışıqların ictimaiyyətə açıq edilməsidir.

Qeyd edək ki, "Real" mövsümün ilk aylarından rəsmi saytında oyunlarda onlara qarşı edilən hakimlik səhvlərinin videolarını paylaşır. Klubun prezidenti Florentino Peres isə daha öncə La Liqaya İngiltərədən hakimlərin gətirəcəyini bildirmişdi. Buna cavab olaraq qurumun prezidenti Xavyer Tebas "Real" hakimlik sistemini dəyişmək istəmir, idarə etmək istəyir" deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO