"Real"ın üç futbolçusu Çempionlar Liqasında "Mançester Siti" ilə matça qədər zədədən qayıdacaqlar.
Bizim.Media xəbər verir ki, bu barədə klubun baş məşqçisi Karlo Ançelotti La Liqanın 24-cü turunda "Osasuna"ya qarşı matçdan öncə keçirilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis müdafiəçiləri Antonio Rüdiger, Lukas Vaskes və David Alabanın növbəti həftə komanda ilə məşqlərə qoşulacaqlarını bildirib.
Qeyd edək ki, "Real" - "Mançester Siti" matçı yanvarın 20-si, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında ilk görüş Madrid təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Osasuna" - "Real" matçı isə sabah Bakı vaxtı ilə saat 19:15-də keçiriləcək.
Bizim.Media
!["Real" üçün ÇL matçından öncə ŞAD XƏBƏR "Real" üçün ÇL matçından öncə ŞAD XƏBƏR](https://bizim.media/file/articles/2025/02/14/1739549090_5296303951894933420.jpg)
- A-
- A
- A+
İdman
20:02 / 14.02.2025
"Real" üçün ÇL matçından öncə ŞAD XƏBƏR
Hazırda oxunan: "Real" üçün ÇL matçından öncə ŞAD XƏBƏR
Hazırda oxunan: "Real" üçün ÇL matçından öncə ŞAD XƏBƏR
234799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.