“Kəpəz” rəsmisi yeni sponsordan danışdı: “Bütün istəkləri yerinə yetirilir”

“Kəpəz” rəsmisi yeni sponsordan danışdı: “Bütün istəkləri yerinə yetirilir”

Hazırda oxunan: “Kəpəz” rəsmisi yeni sponsordan danışdı: “Bütün istəkləri yerinə yetirilir”

234577

“Son günlər “Kəpəz”lə bağlı tirajlanan xəbərlər “ucuz sensasiya” və qarayaxma xarakteri daşıyır və heç bir şəkildə həqiqəti əks etdirmir!”.

Bizim.Media xəbər verir ki, bu fikir "Kəpəz"in İdarə Heyətinin üzvü Müzadil Həsənova məxsusdur. O, sosial şəbəkə paylaşımında yeni sponsor məsələsinə aydınlıq gətirib:

“Bu, birmənalıdır! Klubun İdarə Heyətinin üzvü kimi hamınızı əmin edirəm ki, yeni sponsorun bütün arzu və istəkləri yerinə yetirilir. Hazırda dəyişikliklərin rəsmləşdirilməsi istiqamətində lazımi sənədləşmə işləri aparılır. Heç kimin maraqları “Kəpəz”in maraqlarından üstün tutula bilməz! Buna əmin olun! İnşallah, yeni mövsümdə, yeni stadionumuzda tam yeni, çempionluğa oynayan bir “Kəpəz” görəcəyik!”.

Qeyd edək ki, hazırda Gəncə klubu Misli Premyer Liqasının turnir cədvəlində 9-cu yerdə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO